Onlayn ictimai-siyasi qəzet
Ukraynanın kritik minerallara, o cümlədən nadir torpaqlara çıxışına nail olmaq istəyən ABŞ müzakirəçiləri İlon Maskın “SpaceX Starlink” sisteminə girişin mümkün bağlanması barədə xəbərdarlıq ediblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident Vladimir Zelenski ABŞ-nin maliyyə naziri Skott Bessent tərəfindən təklif olunan ilkin sazişi imzalamaqdan imtina etdikdən sonra bu məsələ ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlarda gündəmə gəlib.
Mövzu 2025-ci il fevralın 20-də Zelenski ilə Tramp administrasiyası tərəfindən təyin edilmiş Amerikanın xüsusi nümayəndəsi Keyt Kelloqun görüşündə də müzakirə edilib.
Agentliyin mənbəsi qeyd edib ki, “Starlink”ə çıxışın itirilməsi Ukrayna ordusu üçün “böyük zərbə” olacaq, çünki sistem 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri döyüş meydanında əsas kommunikasiyaları təmin edib.
Danışıqların əlavə təfərrüatları hələlik açıqlanmayıb.
Musavat.com
10 May 2025
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ