Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə naziri Bessent bildirib ki, Ukrayna ilə imzalanacaq mineral resurslar üzrə saziş Vaşinqtonun Rusiya ilə danışıqlarda əlini gücləndirəcək.
Musavat.com xəbər verir ki, bu barədə nazir Kaliforniyada Milken İnstitutunun konfransında çıxışı zamanı deyib. Onun sözlərini Ukraynanın “Suspilne” nəşri yayıb.
“Tramp hesab edir ki, bu saziş bir neçə nəticə verəcək. Birincisi, bu, Rusiyanın rəhbərliyinə müraciət zamanı ABŞ-ın təsir imkanlarını artıracaq. Saziş göstərməlidir ki, ABŞ Ukraynadan heç yerə getmir”, – deyə Bessent vurğulayıb.
Nazirin sözlərinə görə, razılaşma Ukrayna ilə ABŞ arasında iqtisadi və investisiya əməkdaşlığını gücləndirməyə xidmət edəcək.
“Bu, 50-yə 50 pay bölgüsü ilə tərəfdaşlıq sazişidir. Çin kimi deyil ki, ‘imzalayın, biz bütün faydalı qazıntıları götürək’. Bu razılaşmanın mənası — iqtisadi tərəfdaşlıq, sərmayə və təhlükəsizlik təminatıdır”, – deyə o əlavə edib.
Musavat.com
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ