İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ üçün böyük təhlükə: Döyüş gəmiləri hərəkətə keçdi

Yaxın Şərqdə və Şərqi Aralıq dənizində gərginlik artmaqdadır. ABŞ İsrailin Qəzzaya hücumlarından sonra Şərqi Aralıq dənizinə USS Gerald R. Ford təyyarədaşıyan gəmisini göndərdikdən sonra Çin Yaxın Şərqdə 6 döyüş gəmisinin yerləşdirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Çin Müdafiə Nazirliyi döyüş gəmilərinin ötən həftədən fəaliyyət göstərdiyini bildirib.

Çin donanmasının Oman və Küveytdə əməliyyatlar apardığı və 6 ay əvvəl Somalinin şimalındakı Ədən körfəzinə gələn əməliyyat qrupunun döyüş gəmilərini müşayiət etdiyi qeyd olunub.

Çinin açıqlamaları Qərb mətbuatında geniş əks-səda doğurub: "Bölgədəki gərginlik artmağa davam etdikcə, 6 Çin gəmisinin fəaliyyət göstərməsinin əhəmiyyəti də artmaqdadır. Bu, iki qlobal gücün (ABŞ və Çin) bölgəyə müdaxiləsinin açıq bir göstəricisidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR