İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriyada yüksək rütbəli terrorçunu belə məhv etdi - saniyəbəsaniyə VİDEO

ABŞ qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava zərbəsi endirərək, “Əl-Qaidə” ilə əlaqəli “Hurras əd-Din” (HƏD) qruplaşmasının yüksək rütbəli hərbi lideri Məhəmməd Yusuf Ziya Talayı məhv edib.

ABŞ Müdafiə Nazirliyinin verdiyi məlumata görə, əməliyyat 23 fevral tarixində həyata keçirilib. Hədəfin terror təşkilatlarının fəaliyyətini istiqamətləndirən əsas fiqurlardan biri olduğu bildirilir.

Musavat.com xəbər verir ki, Vaşinqton “Hurras əd-Din” qruplaşmasını beynəlxalq terror təhlükəsi yaradan təşkilatlardan biri kimi qiymətləndirir, onun Suriya daxilində və regionda təhlükəsizlik üçün ciddi risk daşıdığını vurğulayır.

Xatırladaq ki, ABŞ son illərdə Suriyada “Əl-Qaidə” və İŞİD qruplaşmalarına qarşı bir neçə belə əməliyyat həyata keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR