İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatorundan GÖZLƏNİLMƏZ ETİRAF - Ukraynaya silah əvəzinə yorğan göndərdik

ABŞ senatoru, respublikaçı Lindsi Qrem Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı 2014-cü ildə Ukraynaya verilən dəstəyin kifayət etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

“2014-cü ildə səhvimiz nə oldu? Biz Ukraynaya silah vermədik, onlara sadəcə yorğan göndərdik. Ukraynanın müdafiəsi üçün lazım olan dəstəyi təmin etmədik və mümkün işğalın nəticələri barədə xəbərdarlıq etmədik”, – deyə senator vurğulayıb.

O qeyd edib ki, ABŞ həmin dövrdə Ukrayna ilə iqtisadi inteqrasiyanı gücləndirmək və strateji sərvətlərin istismarı ilə bağlı danışıqlar aparmaq imkanını əldən verib.

“2014-cü ildə etməli olduğumuz şeyi heç olmasa indi həyata keçirə bilərik”, – Qrem əlavə edib.

Ukraynanın yeraltı sərvətləri və ABŞ ilə yeni razılaşma

Ukraynanın qələbə planında tərəfdaşlarla, xüsusilə ABŞ ilə yeraltı sərvətlərin birgə işlənməsi məsələsi yer alır. Kiyev nadir yeraltı metalların hasilatı üçün xarici sərmayələrin cəlb olunmasını təklif edir.

ABŞ artıq Ukrayna ilə nadir yeraltı metallarla bağlı əməkdaşlıq sazişi hazırlayıb. ABŞ-ın maliyyə naziri Skott Bessent bu sənədi Ukrayna tərəfinə təqdim edib.

Məlumata görə, Ukrayna layihəni tamamlayaraq onu ABŞ nümayəndələrinə təqdim edib. Münxendəki Ukrayna nümayəndə heyəti bildirib ki, amerikalı rəsmilər sazişin yekun detallarını nəzərdən keçirmək üçün əlavə vaxt istəyiblər.

Qərb mediasının məlumatına görə, bu razılaşmaya əsasən, Ukrayna ABŞ-a 500 milyard dollar dəyərində nadir yeraltı metalları tədarük edəcək. Bu isə Ukraynaya göstərilən hərbi yardımın ödənişi kimi qiymətləndirilir.

Xatırladaq ki, Ukraynada qrafit, uran, titan və litium kimi strateji baxımdan vacib olan nadir yeraltı sərvətlər mövcuddur.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR