İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya qarşı sanksiyalara görə bu ərazini itirə bilər - ŞOK

Rusiya ABŞ sanksiyalarına qarşı əks hücuma hazırlaşır, buna görə Vaşinqton Alyaskanı itirə bilər.

Musavat.com Türkiyənin Sözcü qəzetinə istinadən xəbər verir ki, bu barədə Çinin Sohu nəşri məlumat yayıb.

Nəşrin rəyçiləri hesab edirlər ki, Vaşinqton “Rusiyanı iflasa sürükləmək və iqtisadiyyatını məhv etmək” istəyir və bəzi ABŞ rəsmilərinin Rusiya Federasiyasını da terrorizmi himayə edən ölkələr siyahısına daxil etmək istəyini qeyd edir.

Nəşr qeyd edir ki, ABŞ Rusiya iqtisadiyyatına zərər vurmağı və Rusiya Federasiyasını dünyadan təcrid etməyi planlaşdırır.

Rusya’dan ABD’ye yeni tehdit: Alaska’yı geri alırız

“Rusiya dövlətlərin istədiklərini etməyə icazə verməyəcək. Moskva əks hücum hazırladı. Bu yaxınlarda Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiyanın geri qaytaracağı bir şeyin olduğunu bildirdi - məsələn, Alyaskanın” - məqalədə qeyd edilib.

Müəlliflər onu da əlavə ediblər ki, Vaşinqton heç vaxt nə Rusiya, nə də SSRİ ilə birbaşa münaqişədə olmayıb, lakin çinli müşahidəçilərin fikrincə, ABŞ-ın sərt tədbirlər görəcəyi təqdirdə Moskva cavab verə biləcək.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-ı Alyaskanın Rusiyaya qaytarılması ilə hədələyib.

https://www.sozcu.com.tr/2022/dunya/rusyadan-abdye-yeni-tehdit-alaskayi-geri-aliriz-7237212/

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR