Onlayn ictimai-siyasi qəzet
Kaliforniya sərhədçilərinə Rusiyadan və digər beş keçmiş SSRİ respublikasından olan qeyri-qanuni miqrantları saxlamaq və dərhal deportasiya etmək əmri verilib.
Musavat.com xəbər verir ki, bu barədə “Nyu-York Post” qəzeti daxili sənədə istinadən xəbər verir.
Bununla yanaşı, ABŞ-nin bu qərarı şərqi yarımkürənin digər ölkələrinin, o cümlədən Afrika, Asiya, Avropa və Avstraliyanın 100-dən çox ölkəsinin vətəndaşlarına şamil edilməyəcək. Bu ölkələrdən gəlmiş qanunsuz miqrantlar işlərinin baxılması zamanı ABŞ-da qalmaq imkanına malikdirlər.
“Yalnız Gürcüstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan yetkin miqrantlar dərhal ABŞ-dan deportasiya ediləcəklər”, - nəşr memorandumdan sitat gətirir.
Bu qayda sərhədin "şərq yarımkürəsi" ölkələrindən gələn qeyri-qanuni miqrantların əsas hissəsinin olduğu San Dieqo şəhəri yaxınlığındakı hissəyə aiddir. Sentyabrda başa çatan son maliyyə ilində onların arasında rusiyalı miqrantların sayı rekord həddə - 43 minə çatıb.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ