İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rəsmən BƏYAN ETDİ - Yunanıstanın planı əks nəticə verdi

Yunanıstanda yenə müharibə ssenariləri gündəmdədir.

Musavat.com xəbər verir ki, "Türkiyə Yunanıstana hücum edərsə, ABŞ nə edəcək?" sualına cavab axtaran yunan jurnalistlər ABŞ-ın bu ölkədəki səfiri Corc Tsounislə həmsöhbət olub.

ANT1-ə danışan ABŞ səfiri Yunanıstan-Türkiyə münasibətlərindəki böhrandan və ABŞ-ın mümkün qaynar hadisəyə verəcəyi reaksiyadan danışıb.

“Əsas prinsip Yunanıstanla Türkiyənin fikir ayrılıqlarını diplomatik və beynəlxalq hüquqa uyğun olaraq müzakirə edib həll etmələridir. Başqa variant yoxdur” - Tsounis deyib.

Həm Türkiyə, həm də Yunanıstanın NATO-nun müttəfiqləri və çox mühüm üzvləri olduğunu vurğulayan ABŞ səfiri sözlərini belə davam etdirib: “Bunun üçün Yunanıstan və Türkiyə ilə daim danışıqlar aparırıq. Bilirəm ki, Yunanıstan da, Türkiyə də sülh axtarır. Bir çox münasibətlərdə fərqlər var. Lakin bu halda sülh əsas prinsipdir və yalnız diplomatik yolla əldə edilə bilər”.

a-157.jpg (33 KB)

ABŞ-ın mümkün hücumda Yunanıstanın tərəfini tutub-tutmayacağı sualına ABŞ nümayəndəsi “Yunan ordusu vətənini özü qoruya bilər” deyərək ölkəsinin münaqişəyə qarışmayacağına işarə edib: "Lakin ABŞ sülh üçün yorulmadan çalışacaq".

ABŞ-dan dəstək mesajı almaq üçün böyük səy göstərən yunan mətbuatının planı ABŞ səfirinin bu açıqlaması nəticəsində uğursuz olub.

Xatırladaq ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər daha da gərginləşib.

“Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlar keçirilməsinə dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın” - Mitsotakis demişdi.

O bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb etmişdi.

abd-yunanistan-turkiye-1885117.jpg (256 KB)

“Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir əzab çəkdiyini və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə heç kim iki ayrı dövləti heç vaxt qəbul etməyəcək” - Yunanıstanın baş naziri vurğulamışdı.

Mitsotakis Avropa Xalq Partiyasının 27-ci Konqresi çərçivəsində Rotterdamda keçirilən paneldə də Türkiyə əleyhinə açıqlamalar verib.

Yunanıstan mətbuatının xəbərinə görə, Mitsotakis Türkiyəyə vurğu edərək deyib:

“Gərginlik dövründə yaşayırıq, tarixdə revizionizmin yeni versiyasına, itirilmiş imperiyalar haqqında fantaziyalara və beynəlxalq hüquqa uyğun gəlməyən güc nümayişinə dözə bilmərik. Biz suveren hüquqlarımızın pozulmasına razı olmayacağıq. Hazırda NATO-nun cənub-şərq cinahında bizə lazım olan son şey gərginlikdir".

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR