İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ raketlərinə görə Rusiya HƏRƏKƏTƏ KEÇDİ

ABŞ və müttəfiqlərinin Ukraynaya yüksək dəqiqlikli raketlər və "F-16" qırıcıları verməsinə cavab olaraq Rusiya qərb sərhədlərini gücləndirir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya və Belarus müdafiə nazirlərinin birgə kollegiyasının iclasında Sergey Şoyqu deyib.

"ABŞ və müttəfiqləri Ukraynaya zirehli texnika, hava hücumundan müdafiə sistemləri, dəqiq raketlər ötürür. Vaşinqton  beynəlxalq konvensiyaları pozaraq kasetli sursatları hərbi yardım paketlərinə daxil edib. "F-16" qırıcılarının Kiyevə təhvil verilməsi məsələsi praktiki müstəviyə keçib. Biz bu təhdidlərə cavab olaraq müvafiq tədbirlər görür, qərb sərhədlərimizi möhkəmləndiririk", - deyə Rusiyanın müdafiə naziri bildirib.

O qeyd edib ki, NATO ölkələri Ukrayna Silahlı Qüvvələrini silahla təmin etməklə yanaşı, kəşfiyyat məlumatları ötürür.

"Rusiyaya qarşı iqtisadi sanksiyalarla yanaşı, Kiyevə açıq dəstək var. Ukraynaya xərclənən vəsaitlərin ümumi həcmi təxminən iki yüz milyard dollara çatıb", - Şoyqu deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR