İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ polisi canlı yayımda jurnalisti güllələdi - VİDEO

ABŞ-nin Los-Anceles şəhərində prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı keçirilən kütləvi etirazları işıqlandıran avstraliyalı televiziya jurnalisti Lauren Tomasi canlı yayım zamanı ayağından vurulub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə 9News kanalının efirində baş verib. Tomasi reportaj hazırlayarkən arxasında dayanan polis əməkdaşı qəfil odlu silahını qaldıraraq yaxın məsafədən atəş açıb. Hadisə anında operator uzaqlaşmağa çalışsa da, Tomasi ayağından yaralanıb və qışqıraraq yerə çöküb.

Hadisə geniş rezonans doğurub. Avstraliyanın baş naziri Entoni Albanese Tomasi ilə danışdıqdan sonra çıxış edərək hadisəni "dəhşətli" və "qəbuledilməz" adlandırıb. O, jurnalistin açıq-aşkar media nümayəndəsi kimi tanındığını və belə bir insidentin yolverilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, etirazlar cümə günü başlayıb və bazar günü minlərlə insanın iştirakı ilə davam edib. Nümayişçilər magistral yolu bağlayıb, bəzi yerlərdə avtomobillər yandırılıb. Prezident Tramp etirazçılara qarşı sərt mövqe tutaraq şəhərə qubernatorun razılığı olmadan 2000 nəfərlik Milli Qvardiya qüvvəsi göndərib - bu, 1967-ci ildən bəri ilk belə haldır.

Los-Anceles polisinin verdiyi məlumata görə, şənbə və bazar günləri ümumilikdə 39 nəfər etirazlarla bağlı saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR