Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Yəmənə husilərə məxsus pilotsuz uçuş aparatını hədəfə alaraq zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" səhifəsində məlumat yayıb.
"CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə PUA-nı uğurla məhv edib", - məlumatda deyilir.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ