İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “nüvə cəhənnəminə” çevriləcək - ŞOK İDDİA

“Rusiya ilə qarşıdurma ABŞ-nin “nüvə cəhənnəminə” çevrilməsinə gətirib çıxaracaq”.

Musavat.com xəbər verir ki, bu sözlər ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd kiçik Robert Kennedi tərəfindən “X” sosial şəbəkəsindəki hesabında əks olunub.

Qeyd edək ki, Kennedinin bu sözləri Rusiyanın kremlpərəst mətbuatı tərəfindən həvəslə tirajlanır. 

Amerikalı siyasətçi əslində bununla Rusiyanın dövlət kanalının aparıcısı Dmitri Kiselyovun sözlərini təkrarlamış olub.

Kiçik Kennedi Trampın Kamala Harrislə debat zamanı “Rusiyanın nüvə silahına malik olması” barədə etdiyi xəbərdarlığının hamı tərəfindən eşidildiyinə ümid bəslədiyini qeyd edib.

Bundan əvvəl ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter də dünyada nüvə müharibəsinin baş verməsinin zaman məsələsi olduğunu açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR