İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ müdafiə büdcəsini artırmaq üçün yadplanetlilərdən də istifadə edər" - Mask

Amerikalı sahibkar İlon Mask hesab edir ki, yadplanetlilər mövcud deyil, lakin onlar mövcud olsalar, ABŞ ordusu onlardan müdafiə büdcəsini artırmaq üçün istifadə edəcək.

“Əgər bir kimsə yadplanetlilər haqqında bilsəydi, bu, mən olardım. Mən kosmos haqqında çox şey bilirəm. Amma mən yadplanetlilərlə bağlı heç bir dəlil görməmişəm. Əgər onlar olsaydı, mən dərhal bu barədə tvit yazardım”, - Mask dünən Fox News-a müsahibəsində deyib.

Milyarder deyib: “Düşünürəm ki, 1960-cı illərdə bir general deyirdi: bizə yadplanetliləri göstərin. Biz daim müdafiə büdcəsini artırmağa çalışırıq və yadplanetli göstərsəydik, o zaman heç kim bununla mübahisə etməzdi. Biz deyərdik ki, özümüzü bu adamlardan qorumaq üçün pul lazımdır. Nə qədər pul istəyirsən? Götür! Onlar təhlükəli görünürlər. Hər an işğal baş verə bilər”.

Ağ Evin mart ayında dərc etdiyi ABŞ federal büdcə layihəsinə əsasən, ABŞ administrasiyası 2024-cü maliyyə ilində müdafiə xərclərini 3,2% artıraraq 842 milyard dollara çatdırmaq niyyətindədir. Xüsusilə, Ukrayna və NATO müttəfiqlərinə kömək üçün 6 milyard dollardan çox vəsaitin ayrılması planlaşdırılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR