Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Missuri ştatının Şərq dairəsindəki federal məhkəmə Çin hökumətini pandemiyanın başlanğıcında koronavirusun yayılması ilə bağlı məlumatları gizlətməkdə təqsirli bilərək təxminən 24 milyard dollar təzminat ödənməsi barədə qərar qəbul edib.
Musavat.com The New York Times-a istinadən xəbər verir ki, iş üzrə iddia Missuri Baş Prokurorluğu tərəfindən 2020-ci ilin aprel ayında qaldırılıb. Missuri rəsmiləri Çini koronavirusun mövcudluğu və onun yayılması ilə bağlı məlumatları gizlətməkdə ittiham edib.
Hakim Stiven Limba Çinin "COVID-19 pandemiyasının təhlükələri və əhatə dairəsi haqqında dünyaya yanlış məlumat verdiyini" və fərdi qoruyucu vasitələrin istehsalında inhisar yaratnağa çalışdığını bildirib.
Missuri məhkəməsinin qərarı Çin Kommunist Partiyasına, Çindəki yerli hökumətlərə və Çinin Milli Səhiyyə və Sosial İdarəsinə şamil edilir. Missuri Baş Prokurorluğu iddia əsasında cəriməni ödəmək üçün Çinin aktivlərini müsadirə etmək niyyətindədir.
Qeyd edək ki, analoji iddialar ABŞ-nin digər ştatlarında da qaldırılıb.
Musavat.com
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ