Onlayn ictimai-siyasi qəzet
ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək. ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Ankarada nazir müavini Rusiyaya qarşı sanksiyaları müzakirə etmək niyyətindədir.
Məlumata görə, Nelson noyabrın 26-dan dekabrın 1-dək Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcək. Səfər zamanı Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Qəzza zolağına humanitar yardımın çatdırılması kimi məsələlər müzakirə olunacaq.
Türkiyədə ABŞ Maliyyə Nazirinin müavini həmçinin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə dəstək məqsədi daşıyan "ticarət və maliyyə fəaliyyətlərinin qarşısını almaq, pozmaq və araşdırmaq səylərini müzakirə edəcək".
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ