İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresinin Nümayəndələr Palatası yenə spiker seçə bilməyib

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin ikinci turunun nəticələrinə görə yenidən əksəriyyətin dəstəyini ala bilməyib.

Musavat.com xəbər verir ki, iclas çərşənbə axşamı C-SPAN telekanalı ilə yayımlanıb.

Onun əsas rəqibi - Demokratlar Partiyasının namizədi Hakim Cefris 212, Makkarti isə respublikaçıların aşağı palata üzərində nəzarətinə baxmayaraq, cəmi 203 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazım idi.

Ümumilikdə 19 respublikaçı öz liderini dəstəkləməyib, hamısı partiyanın başqa üzvünə - Cim Cordana səs verib. Namizədlərdən biri kifayət qədər səs toplayana qədər seçkilər davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR