İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresinə təqdim edilən MÜHÜM HESABAT: PKK və YPG ilə bağlıdır

ABŞ Konqresinin Konqres Araşdırma Xidmətinin dərc etdiyi "Türkiyə hesabatı"nda terror təşkilatları PKK ilə YPG arasındakı əlaqə də yer alıb.

Musavat.com xəbər verir ki, Konqres üzvlərini məlumatlandırmaq məqsədi daşıyan hesabatın 31-ci səhifəsində Türkiyənin Suriyanın şimalında YPG ünsürlərinə qarşı döyüşdüyü bildirilib, YPG-nin PKK ilə əlaqəsi olduğu barədə məlumatlar öz əksini tapıb.

Hesabatda bildirilir ki, PKK Avropa İttifaqı (Aİ) və ABŞ-ın terror təşkilatları siyahısında olmasına baxmayaraq, YPG Suriyada terror təşkilatı olan İŞİD-ə qarşı ABŞ ilə birgə mübarizə aparır.

Qeyd edək ki, Konqres Araşdırma Xidmətinin ötən ay hazırladığı hesabat yenilənib, Türkiyə ilə ABŞ arasındakı münasibətlərə mənfi təsir göstərə biləcək açıqlama və qiymətləndirmələr hesabatdan çıxarılıb, Türkiyənin YPG/PKK terror təşkilatı ilə mübarizəsinə yer verilib.

Sözügedən hesabatda Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki konstruktiv rolu ilə bağlı təqdirəlayiq ifadələr də yer alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR