İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirildi

ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti bildirib.

“ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə səfir Xəzər İbrahim, Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, ABŞ Konqresmenı Timoti Kennedi və Keşer İsraelin (həmçinin Corctaun sinaqoqu kimi tanınır – red.) ravvini Hayim Şafner iştirak ediblər”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Səfirlik “dolğun müzakirələrə görə” iştirakçılara təşəkkürünü bildirib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR