İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresi qeyri-qanuni miqrantlara qarşı mübarizəyə başlayır  

ABŞ Konqresi deportasiya edilmiş vətəndaşlarını qəbul etməkdən imtina edən istənilən ölkəyə qarşı tədbir görməyə və sanksiyalar tələb etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Mayk Conson “X” hesabında yazıb.
SİTAT: “Kolumbiya və digər ölkələr xəbərdar olmalıdır ki, Konqres ABŞ-də qeyri-qanuni yaşayan vətəndaşlarını qəbul etmək üçün əməkdaşlıq etməyən və ya tələblərimizə əməl etməyənlərə qarşı sanksiyalar və digər tədbirlər görməyə tam hazırdır”.

M.Conson qeyd edib ki, ABŞ prezidenti Donald Tramp “Amerikanı birinci yerə qoymaq” vədinə əməl edir, buna görə də Konqres Respublikaçıların kursunu dəstəkləyən siyasət yürüdəcək.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Karolin Livit Trampın tariflər və viza məhdudiyyətləri tətbiq edəcəyi ilə hədələsindən sonra Kolumbiya hökumətinin ABŞ-dən deportasiya edilmiş miqrantları daşıyan uçuşları qəbul etməyə razılaşdığını bildirmişdi. Onun sözlərinə görə, siyasətçinin hərəkətləri sayəsində “ABŞ-ə yenidən hörmət edilir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR