Onlayn ictimai-siyasi qəzet
ABŞ kəşfiyyat xidmətlərinin hazırladığı illik təhdid qiymətləndirmə hesabatına görə, Çin ABŞ üçün əsas hərbi və kibertəhlükə olaraq qalır.
Musavat.com xəbər verir ki, kəşfiyyat orqanları Pekinin Tayvanı ələ keçirmək üçün istifadə edə biləcəyi imkanlarda "sabit, lakin qeyri-bərabər" bir irəliləyiş əldə etdiyini bildiriblər.
Çin ABŞ-a qarşı hücum imkanlarına sahibdir
Hesabatda qeyd olunur ki, Çin ABŞ-a qarşı adi silahlarla hücum etmək, kibertəhlükələr vasitəsilə ABŞ-ın infrastrukturuna zərbə vurmaq və kosmosdakı aktivlərə yönəlmiş hədəflərlə təhdid yaratmaq imkanına sahibdir. Həmçinin, Çin 2030-cu ilə qədər süni intellekt sahəsində ABŞ-ı qabaqlamağı hədəfləyir.
Rusiya və digər ölkələr ABŞ-a qarşı...
Rusiya, İran, Şimali Koreya və Çin, ABŞ-a qarşı kampaniyalarla üstünlük əldə etməyə çalışırlar. Məhz Moskvanın Ukraynadakı müharibəsi, qərb silahları və kəşfiyyatını necə qarşılamağı öyrənmək üçün "zəngin dərslər" təqdim edir.
Görünməz təyyarələr, sualtı qayıqlar...
ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard bildirib ki, Çin ordusu qabaqcıl imkanlardan, o cümlədən hipersəs silahları, görünməz təyyarələr, irəliləmiş sualtı qayıqlar, güclü kosmik və kibermüharibə vasitələri və daha böyük nüvə silahları ilə istifadə edir. O, Pekini Vaşinqtonun "ən bacarıqlı strateji rəqibi" adlandırıb.
Çin, Qrenlandiyaya strateji maraq göstərir
Kəşfiyyat xidmətləri, Çinin uzunmüddətli məqsədinin Qrenlandiyanın təbii resurslarına çıxışı artırmaq və onu Arktikada "əsas strateji çıxış nöqtəsi" kimi istifadə etmək olduğunu bildirib.
İran ABŞ-ın vəzifəli şəxslərini təqib edəcək
Hesabatda qeyd olunub ki, İran ABŞ-ın keçmiş və mövcud vəzifəli şəxslərini hədəf almağa davam edəcək. Həmçinin, İran yerli raket sistemlərini və pilotsuz uçuş aparatlarını təkmilləşdirir, "terrorçular və eyni baxışa sahib olan döyüşçülərlə konsorsium" qurur. ABŞ, İranın hələ də nüvə silahı hazırlamadığını düşünür.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ