Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, The Washington Post ABŞ kəşfiyyatının yüksək vəzifəli iranlı rəsmilər arasında aparılmış danışıqları ələ keçirdiyini yazıb. Məlum olub ki, həmin danışıqda onlar ABŞ-ın İranın nüvə proqramına qarşı həyata keçirdiyi zərbələrin gözlənildiyindən daha az dağıdıcı olduğunu etiraf ediblər.
Amerika administrasiyası isə bu nəticələrlə razılaşmayıb. ABŞ prezidenti Donald Trampın sözçüsü Karolin Livitt məsələ ilə bağlı sərt açıqlama verib:
“The Washington Post-un kontekstdən çıxarılmış məlumat sızmalarını dərc edərək cinayətlərin üstünü örtməyə çalışanlara kömək etməsi utancvericidir. Heç bir adı çəkilməyən iranlı rəsmilər, yüzlərlə fut dağıntının altında nə baş verdiyini necə bilirlər ki? İranın nüvə silahı proqramı artıq məhv edilib.”
Beləliklə, ABŞ və İran arasında davam edən kəşfiyyat savaşı yeni fazaya keçir, informasiya qarşıdurması isə hər iki tərəfin mövqeyini daha da sərtləşdirir.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ