Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə artan gərginliklə bağlı sərt açıqlamalar verib.
Musavat.com xəbər verir ki, O, Yəməndən Husilərin həyata keçirdiyi hücumlara toxunaraq deyib: “Yəməndən Husilərin atdığı hər gülləni İranın atdığını hesab edəcəyik. İran məsuliyyət daşıyacaq və nəticələr ağır olacaq”.
Trampın sözləri İranın bölgədəki silahlı qruplaşmalarla əlaqələrini yenidən gündəmə gətirib və Vaşinqtonla Tehran arasındakı gərginliyin daha da artacağına dair narahatlıqları gücləndirib.
Musavat.com
18 Mart 2025
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ