İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib”

Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner" özəl hərbi şirkətinin Soledarın ələ keçirilməsində iştirakını etiraf etdikdən sonra öz mövqeyini möhkəmləndirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, istinadən xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnsitutunun (MAİ) analitikləri gəlib.

Nazirlik bir gün əvvəl Soledarın tutulduğunu açıqlamışdı. Priqojının bir neçə gün əvvəl şəhəri ələ keçirənlərin onun döyüşçüləri olduğunu söyləməsinə baxmayaraq, Müdafiə Nazirliyinin ilk məlumatında "Vaqner"in adı ümumiyyətlə qeyd olunmamışdı. MAİ-nin gündəlik icmalına görə, bu, Rusiya informasiya məkanında kəskin reaksiyaya səbəb olub. Axşama yaxın Müdafiə Nazirliyindən daha bir məlumat yayıb. Hərbi qurum bu yeni məlumatı "KİV-dən olan sorğularla" əlaqələndirib.

MN hücum əməliyyatlarının "Rusiya qoşunlarının müxtəlif növ qruplaşması" tərəfindən, "Soledarın şəhər bloklarına birbaşa hücum" isə "Vaqner" ÖHŞ-nin "hücum dəstələrinin könüllüləri" tərəfindən həyata keçirildiyini etiraf edib.

Bəzi militarist bloqçular hesab edirlər ki, Priqojın Müdafiə Nazirliyini, birincisi, qəsdən qeyri-müəyyən ritorikadan kənara çıxmağa, ikincisi, "Vaqner" ÖHŞ-nin rəsmi tanınmasından və onun hərbi səylərini qəbul etməkdən çəkinmək siyasətindən əl çəkməyə məcbur edib. İndiyədək Müdafiə Nazirliyi öz hesabatlarında "Vaqner"in adını çəkməmişdi.

Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi "Milad atəşkəsi"ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı "Vaqner" özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR