İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ inkar edir: Onları dəstəkləyirik, amma silah vermirik

ABŞ administrasiyası iddia edir ki, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun planlaşdırılması və hazırlanmasında iştirak etməyib.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.

“Birləşmiş Ştatlar bunun planlaşdırılmasında və hazırlanmasında iştirak etməyib, lakin biz ukraynalı tərəfdaşlarımıza dəstək verəcəyik, çünki onlar özlərini müdafiə edirlər”, - deyə o bildirib.

O, Kursk bölgəsinə hücum edən Ukrayna hərbçilərinin Amerika silahlarından istifadə etdiyini təsdiqləməyib.

“Mən imkan verəcəm ki, ukraynalı tərəfdaşlarımız öz hərbi əməliyyatları barədə danışsınlar”, - Patel deyib.

 

Şahanə Rəhimli
Musvat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR