İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın vurduğu hava şarı nə dərəcədə təhlükəli olub? - FOTO, VİDEO

Xəbər verildiyi kimi ABŞ bir neçə gündür hava məkanında olan və Çin mənşəli olduğu deyilən şübhəli hava şarını vurub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hava şarının Cənubi Karolina ştatının Atlantik okeanı sahillərində vurulduğu bildirilir.

Hazırda dağıntıların toplanması üçün əməliyyat aparılır.

Qeyd edək ki, Cənubi Karolinaya uçmazdan əvvəl hava şarı bir sıra mühüm strateji obyektlərin yerləşdiyi Montana ştatının üzərində bir neçə gün keçirib.



Şarın səmada görünməsindən sonra Baydenin bir sıra əleyhdarları, hətta keçmiş prezident Donald Tramp onun dərhal vurulmasına çağırıb. Lakin hərbi rəhbərlik dağıntıların insanların və yerüstü obyektlərin təhlükəsizliyinə təhdid yarada biləcəyindən ehtiyat edərək, onu bir müddət yalnız izləmək məcburiyyətində qalıb. Çünki 15 min metrdən çox yüksəklikdə uçan bu naməlum obyekt üç məktəb avtobusu ölçüsündə olub.

“Casus şar”ın F-22 qırıcısı tərəfindən vurulduğu qeyd edilir. Dağıntılar suya düşüb. Əməliyyatdan əvvəl Şimali və Cənubi Karolina ştatlarında üç hava limanı uçuşlara bağlanıb.

Bir müddət səssiz qalmağa üstünlük verən Çin rəhbərliyi həmin şarın “yolunu azmış elmi aparat” olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR