İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın verdiyi raketlər TÜKƏNDİ - Ukraynanın son hücumları nəticəsiz qaldı

Ukrayna ordusu ABŞ-ın göndərdiyi bütün uzaqmənzilli ATACMS raketlərindən istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi anonim amerikalı rəsmiyə və Ukrayna parlamentinin müdafiə komitəsinin üzvü olan deputata istinadən məlumat yayıb.

Agentliyin amerikalı mənbəsinə görə, Vaşinqtonun Kiyevə ötürdüyü təxminən 40 ATACMS raketi yanvarın sonunda tamamilə istifadə edilib.

AP qeyd edir ki, ABŞ-ın yüksək rütbəli müdafiə rəsmiləri, o cümlədən Pentaqonun keçmiş rəhbəri Lloyd Ostin Ukraynaya yalnız məhdud sayda ATACMS raketi göndərildiyini açıqlayıb. Agentlik vurğulayır ki, ABŞ və NATO bu müharibədə digər silahları daha prioritet hesab edir.

"Kommersant" nəşrinin məlumatına görə, yanvarın 14-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə 6 ATACMS və 6 uzaqmənzilli "Storm Shadow" raketi ilə hücum edib. Rusiya hava hücumundan müdafiə qüvvələri bu raketlərin hamısını vurub, nəticədə 40-dan çox evə ziyan dəyib.

Yanvarın 16-da isə Ukrayna ordusu Belqorod vilayətində hədəflərə 6 ATACMS raketi ilə hücum etməyə cəhd göstərib. Lakin bu raketlər də hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR