İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi 3 milyard dollara başa gələcək"

Ukraynaya yeni hərbi yardım paketi ABŞ-a təxminən 3 milyard dollara başa gələcək ki, bu, Vaşinqtonun Kiyevə indiyədək verdiyi ən böyük dəstəkdir.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, yeni hərbi yardım paketinin ümumi məbləği 2,85 milyard dollar təşkil edəcək.

Agentliyin məlumatına görə, bu dəstək hərbi əməliyyatların intensivliyinin arta biləcəyi yaz fəslinədək Ukrayna Ordusunun maksimum dərəcədə gücləndirilməsinə yönəldiləcək.

Yeni hərbi yardım paketinin cümə günü elan ediləcəyi gözlənilir və ilk dəfə olaraq ora onlarla ABŞ istehsalı “Bradley” piyada döyüş maşını daxil olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR