İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ-ın sanksiyaları belarusların İsraildən təxliyəsinə mane olur" - Belarus XİN

ABŞ-ın Belarusun milli aviadaşıyıcısı “Belavia”ya qarşı tətbiq etdiyi sanksiyalar Belarus vətəndaşlarının İsraildən təxliyyə edilməsinə mane olur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik deyib.

“İsrail səlahiyyətlilərindən humanitar uçuş üçün icazə aldıq. Bu gün yalnız bir maneə qalır - ABŞ-ın milli aviadaşıyıcımıza qarşı sanksiyaları. Belarus vətəndaşlarına amerikansayağı qayğı belə görünür”, - deyə nazir jurnalistlərə bildirib.

Bundan əvvəl Belarusun İsraildəki səfiri Yevgeni Vorobyov bildirmişdi ki, regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar 500-dən çox respublika vətəndaşı diplomatik nümayəndəliyə müraciət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR