Onlayn ictimai-siyasi qəzet
Polşa hökuməti ABŞ-ın Ukraynaya hərbi yardımının yenidən Polşa vasitəsilə çatdırıldığını açıqlayıb.
“POLLOG HUB (Yasenkadakı logistika mərkəzi) vasitəsilə Ukraynaya ABŞ silahlarının daşınmasına yenidən başlanılıb”, – deyə Polşanın milli müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.
Musavat.com xəbər verir ki, söhbət hələ Bayden administrasiyası tərəfindən ayrılan yardımdan gedir.
Bu yardım Ukraynanın atəşkəsə tam razılıq verməsindən sonra Tramp tərəfindən blokdan çıxarılıb.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ