Onlayn ictimai-siyasi qəzet
Kürdlərin rəhbərlik etdiyi terrorçu Suriya Demokratik Qüvvələri (SDQ) bu gün Suriyanın Türkiyə ilə şimal sərhədi yaxınlığındakı əraziləri geri almaq üçün Suriya Milli Ordusuna qarşı əks hücuma keçdiklərini elan ediblər.
Musavat.com xəbər verir ki, məlumatı Associated Press yayıb.
SDQ Vaşinqtonun Suriyadakı ən mühüm müttəfiqi hesab olunur.
Bu ayın əvvəlində Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra Suriya Milli Ordusu Menbic və ətraf rayonları kürd terror qruplarından təmizləyib.
Kürd qadınların müdafiə qüvvələrinin sözçüsü Ruken Camal The Associated Press-ə iddia edib ki, onların döyüşçüləri Menbic şəhərinə yaxınlaşıblar. O, Türkiyənin onları Suriya ilə bağlı həlledici danışıqlardan kənarda saxlamağa çalışdığını deyib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ