İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Azərbaycandakı Konsulluq şöbəsi fəaliyyətini dayandırıb –Trampın qadağaları Bakıya çatdı?

ABŞ-ın Azərbaycandakı Konsulluq şöbəsi fəaliyyətini dayandırıb.

Musavat.com-a müraciət edən bir qrup narazı valideyn bildirib ki, bu il ABŞ universitetlərinə qəbul olunan Azərbaycanlı abituriyentlər vizalarını ala bilmirlər. Valideynlərin sözlərinə görə, övladları illərlə Amerikada təhsil almaq üçün hazırlaşıb, bütün sənədlərini tamamlayıblar, lakin indi ABŞ-ın Bakıdakı Konsulluğu F1 Akademik Tələbə Vizası üçün müraciətlərin qəbulundan imtina edir.

Valideynlər yaranmış vəziyyəti ABŞ prezidenti Donald Tramp administrasiyasının əcnəbilərlə bağlı qəbul etdiyi sərt qərarlarla əlaqələndirirlər. Onlar hesab edirlər ki, bu məhdudiyyətlərin təsiri artıq Azərbaycan vətəndaşlarına da çatıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, ABŞ-ın Bakıdakı Konsulluq Şöbəsi Azərbaycan vətəndaşları üçün istənilən növ viza verilməsini, həm turist, həm işgüzar, həm də tələbə vizaları üzrə sənəd qəbulunu artıq 2 həftədir ki, dayandırıb. Vətəndaşlar onlayn sistem üzərindən viza müraciəti üçün görüş vaxtı ala bilmirlər.

Qeyd edək ki, hazırda Azərbaycanda yüzlərlə gənc ABŞ universitetlərinə qəbul sənədi alıb və viza ala bilmədikləri üçün təhsillərinə vaxtında başlaya bilməmək riski ilə üz-üzədirlər. Valideynlər məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin və ABŞ diplomatik nümayəndəliyinin rəsmi mövqe bildirməsini gözləyirlər.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR