Onlayn ictimai-siyasi qəzet
"Avropa siyasətçiləri və diplomatları ABŞ-nin vitse-prezidenti Ceyms Vensin Münhen Təhlükəsizlik Konfransındakı çıxışının şokundan hələ ayılmayıblar. Avropalılar bu çıxışı Rusiya prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışına bənzədirlər. Həmin çıxış da avropalılarda şok effekti yaratmışdı. Putin məhz həmin çıxışdan sonra işğal planlarını həyata keçirməyə başladı, bir il sonra Gürcüstanla müharibə başladı, Cənubi Osetiya və Abxaziya işğal olundu, bundan 6 il sonra Krım, 15 il sonra isə Ukraynanın işğalı gerçəkləşdi".
Musavat.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Vens Münhendəki çıxışında ərazilərin nəzarətə götürülməsiylə bağlı Ağ Ev sahibinin fikirlərini təkrarlamasa da, Avropanın ünvanına elə sərt tənqidlər söylədi ki, Rusiya və Çin arxa plana keçdi:
"Belə görünür ki, Trampın hakimiyyətdə olacağı 4 ildə ABŞ-la Avropa arasında fikir ixtilafı dərinləşməkdə davam edəcək. Bu, yalnız Ukrayna müharibəsiylə əlaqəli deyil, Tramp administrasiyasının konseptual məsələlərdə Brüssellə dərin fikir ayrılığı var".
Nigar HƏSƏNLİ,
Musavat.com
16 Fevral 2025
15 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ