Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün vasitəçilik səyləri uğursuz olarsa, Türkiyə və Çin vasitəçi rolunu oynaya bilər.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə Polşanın xarici işlər naziri Radoslav Sıkorski Aİ xarici işlər nazirlikləri rəhbərlərinin Varşavada keçirilən qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edib: "Əlbəttə, biz Birləşmiş Ştatlara vasitəçilik səylərində uğurlar arzulayırıq, lakin bu yol uğursuz olarsa, başqa namizədlər də var. Kommunikasiya kanallarını saxlayan Türkiyə var. Və sonra, hər şeydən əvvəl, Putini danışıqlar masasına oturtmaq üçün unikal vasitələri olan Çin Xalq Respublikası var".
Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında telefon danışığı olub. Danışıq zamanı Tramp Ərdoğandan Ukrayna ilə Rusiya arasında vasitəçiliyə qoşulmasını xahiş edib, Türkiyə prezidenti buna müsbət yanaşıb.
Musavat.com
09 May 2025
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ