İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ HHQ Konqresdən 4,4 milyard dollar istəyib

ABŞ HHQ strateji silah arsenalını təkmilləşdirmək üçün Konqresdən 4,4 milyard dollar istəyib

ABŞ hərbi hava qüvvələri “Minuteman III ICBM”ni nüvə silahı daşıya bilən “Sentinel” raketi ilə əvəz etmək üçün Konqresdən 4,4 milyard dollar tələb edib.

"Report" xəbər verir ki, bu barədə qurumun ABŞ Konqresinə ünvanladığı müvafiq sorğuda deyilir.

Qeyd olunub ki, ilk dəfə 1970-ci ildə yerləşdirilən “Minuteman III2 dünyanın ən qədim quruda yerləşən strateji raket sistemidir.

Məlumatda vurğulanıb ki, “Minuteman III” ballistik raketi 1970-ci ildən ABŞ hərbi hava qüvvələrində xidmətdədir, dəfələrlə təkmilləşdirilib. Bu raketin son sınaqları 2022-ci ilin avqustunda həyata keçirilib. “Minuteman III”ü əvəz etməli olan ən son “Sentinel” raketinin ilk sınaqları 2023-cü ilin martında ABŞ-da keçirilib.

Xatırladaq ki, “Sentinel” ABŞ nüvə triadasının ən operativ hissəsi kimi qiymətləndirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR