Onlayn ictimai-siyasi qəzet
Aleksandr Vinnikin olduğu təyyarə Moskvanın Vnukovo hava limanına enib.
Musavat.com xəbər verir ki, Flightradar-ın məlumatına görə, İstanbuldan havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Rusiya vətəndaşı Aleksandr Vinnikin olduğu təyyarə artıq paytaxtın Vnukovo hava limanına eniş edib.
Xatırladaq ki, Vinnik 2017-ci ildə ABŞ-ın tələbi ilə Yunanıstanda saxlanılmış və 2022-ci ildə ABŞ-a ekstradisiya edilmişdi. O, BTC-e kriptovalyuta birjası vasitəsilə milyardlarla dollar vəsaiti yumaqda ittiham olunurdu. ABŞ həbsxanasından azad edildikdən sonra Vinnik Türkiyə vasitəsilə Rusiyaya qayıdıb.
Musavat.com
14 Fevral 2025
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ