İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Dehdəşt şəhərində etirazlar: Narazı insanlar küçələrə çıxdı - VİDEO

İranın Kohgiluyə və Buyer-Əhməd əyalətinə bağlı Dehdəşt şəhərində etiraz aksiyaları başlayıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, narazı insanlar küçələrdə toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirirlər. 

Məlumata görə, etirazçılar hökumətin siyasətindən, iqtisadi çətinliklərdən və sosial problemlərdən narazıdırlar. Hüquq-mühafizə orqanlarının vəziyyətə müdaxilə edib-etmədiyi barədə hələ ki, rəsmi məlumat yoxdur.

Qeyd edək ki, son illərdə İranda iqtisadi və siyasi narazılıqlar fonunda müxtəlif şəhərlərdə etiraz dalğaları müşahidə olunur. Hadisələrin necə inkişaf edəcəyi isə yaxın saatlarda bəlli olacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Fevral 2025

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR