Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Giorgi Qaxariya ilə bağlı insidenti şərh edib. ABŞ Dövlət Departamenti bildirib ki, “Gürcü arzusu”nun hərəkətləri ölkəni təcrid vəziyyətinə sala bilər.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Bu açıqlamaya səbəb ölkənin keçmiş baş naziri, hazırda “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxaria ilə yaxınlarda Batumidə baş verən insident olub.
Qalmaqal yanvarın 15-nə keçən gecə “Sheraton” hotelində baş verib. Siyasətçi burnu sındığı üçün xəstəxanaya aparılıb. Faktla bağlı cinayət işi açılıb.
Sonradan məlum olub ki, “Gürcü arzusu”nun deputatı Dmitri Samxaradze ona qədəh atdığı üçün Qaxariyanı yumruqlayıb.
Dövlət Departamentinin nümayəndəsi Miller Qaxariyanın deputata əşya ataraq onunla əlbəyaxa dava salmasını şərh etməyib.
Politoloq Ramaz Sakvarelidze “Vestnik Kavkaza”a açıqlamasında qeyd edib ki, Gürcüstan Donald Trampın dövründə ABŞ ilə münasibətləri yaxşılaşdırmaya bilər, çünki o, Çin faktorunda iştirak edir.
“Gürcüstanla ABŞ arasında münasibətlər Trampın xarici siyasət strategiyasının nüanslarından asılı olacaq və bu, hələ də dünya üçün sirrdir. Əgər Tramp administrasiyası mühafizəkar ölkələri qorumağa başlasa, Gürcüstanı da qoruyacaq. Amma Tramp Çinə qarşı bütün cəbhələrdə sərt mübarizə aparsa, o zaman Çin üçün tranzit ölkə kimi Gürcüstan ABŞ-nin hücumuna məruz qalacaq. Üçüncü variant da var, o zaman Donald Tramp Baydenin xarici siyasət irsində ümumiyyətlə heç nəyi dəyişməyəcək. Bu halda Millerin təcridlə bağlı dediyi ifadə yerinə yetiriləcək, çünki Bayden administrasiyası Gürcüstanı təcrid etməyə, onu çətin vəziyyətə salmağa doğru gedirdi”, - deyə Sakvarelidze əlavə edib.
Trampın andiçmə mərasimində Gürcüstan hakimiyyəti olmayacaq, lakin müxalifət dəvətlidir.
“Mən güman edirəm ki, bu, Bayden administrasiyasının hərəkətlərinin ətalətinin nəticəsidir. Bu ətalət sayəsində gürcü müxalifətinə yönəlik oriyentasiya açıq şəkildə ifadə edildi. Bir sıra hallarda Ağ Ev hətta hazırkı hakimiyyətdən heç nə soruşmadan müxalifət qüvvələrinin hesabatlarını dinləyib”, - politoloq xatırladıb.
Ramaz Sakvarelidze əlavə edib ki, Gürcüstan-ABŞ münasibətlərindəki bu detalı Trampın siyasətinin təzahürü kimi qiymətləndirsək, o zaman üçüncü variantı - Baydenin siyasətini təkrarladığını izləmək olar.
Nigar HƏSƏNLİ,
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ