Onlayn ictimai-siyasi qəzet
Sudan ABŞ və İsrail rəsmilərinin qəzzalı fələstinliləri bu ölkəyə yerləşdirmək təklifini rədd edib.
Musavat.com xəbər verir ki, Somali və Somalilend rəsmiləri isə belə təmaslardan xəbərsiz olduqlarını bildiriblər.
Sudan və Somali Afrikanın və dünyanın ən kasıb ölkələri sırasındadır. Bundan əlavə, Sudanda vətəndaş müharibəsi davam edir və Somalidə faktiki olaraq bir neçə tanınmamış, qismən tanınan dövlətlər var (məsələn, hələ 1991-ci ildə müstəqilliyini elan etmiş Somalilend).
Fevral ayında Donald Tramp anklavı inkişaf etdirmək üçün ABŞ-ın Qəzza zolağına nəzarəti ələ keçirməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, Tramp Qəzza sakinlərini üçüncü ölkələrə köçürməyi təklif edib. ABŞ prezidenti orada onlar üçün hər cür şərait yaradılacağını da vəd edib. Ərəb dövlətləri qəti şəkildə Trampın bu planını rədd ediblər.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ