İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ F-16-larla bağlı Türkiyənin yolunu niyə açdı? – İLGİNC SƏBƏB

ABŞ-ın F-16-ların alınması yolunda Türkiyənin qarşısından maneələri qaldırmasında Türkiyənin müdafiə sənayesi sahəsində atdığı addımlar və 2028-ci ildə KAAN qırıcısının Hərbi Hava Qüvvələrinə daxil edilməsi planı mühüm rol oynayıb.

Musavat.com xəbər verir ki, bunu qardaş ölkənin “Milliyet” qəzeti qeyd edib.

Qəzetin yazdığına görə, Türkiyə Müdafiə Nazirliyi 40 ədəd yeni F-16 Blok-70-in alınması, mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi və onların sursat, material və avadanlıqla təminatı proqramı üzərində işləyir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers, Nümayəndələr Palatasının üzvü Adam Smit, konqresmenlər Salud Karbahal və Veronika Eskobar Türkiyəyə səfər ediblər.

Nümayəndə heyəti ilk görüşünü xarici işlər naziri Hakan Fidanla keçirib. ABŞ-dan hərbi tədarük məsələlərinin daha konkret səviyyədə müzakirə olunduğu görüş milli müdafiə naziri Yaşar Gülər ilə baş tutub.

Türkiyə Müdafiə Nazirliyində keçirilən qəbul zamanı ABŞ-dan həyata keçiriləcək kritik silah sistemlərinin, o cümlədən Konqresin təsdiqini tələb edən torpedaların alınması məsələləri müzakirə olunub. Danışıqlar zamanı Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi şərti ilə ABŞ-ın Türkiyəyə 5-ci nəsil F-35 qırıcıları satması məsələsi də müzakirə olunub.

Türkiyə daha əvvəl F-35-lərlə bağlı şərtləri qəbul etmədiyini bildirmişdi. Qəzet yazır ki, danışıqlar zamanı F-16-ların və modernizasiya dəstlərinin alınması məsələsinə toxunulmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR