Onlayn ictimai-siyasi qəzet
ABŞ Energetika Nazirliyi 2024-cü ildə qlobal neft tələbi ilə bağlı proqnozunu sutkada 70 min barel azaldaraq 102,91 milyon barelə endirib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında məlumat yer alıb.
Belə ki, indi nazirliyin hesablamalarına görə, 2024-cü ildə neftə tələbat 102,91 milyon barel (əvvəllər - 102,98 milyon barel) təşkil edəcək, 2025-ci ildə - 104,68 milyon barelə (iyunda 104,54 milyon barel) çatacaq.
Beləliklə, agentlik 2024-cü ildə tələb artımının əvvəlki 1,1 milyon barel ilə müqayisədə sutkada 1,11 milyon barel olacağını gözləyir. 2025-ci ildə maye karbohidrogenlərə tələbatın artması sürətlənərək sutkada 1,77 milyon barel olacaq (iyun proqnozu - 1,53 milyon barel).
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ