Onlayn ictimai-siyasi qəzet
ABŞ Energetika Nazirliyi (EIA) 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2,3 faiz azaldaraq, bir barel üçün 86,37 dollardan 84,44 dollara endirib.
Musavat.com xəbər verir ki, bu barədə nazirliyin aylıq hesabatında məlumat yer alıb.
EIA ilin sonuna kimi Brent neftinin qiymətinin bir barel üçün 85-90 dollar səviyyəsinə qayıdacağını gözləyir: "Qlobal iqtisadiyyatla bağlı bazar narahatlıqları son günlər neft qiymətlərini aşağı salsa da, biz hələ də OPEC+ razılaşması üzrə neft hasilatının azaldılmasının növbəti üç rüb üçün qlobal ehtiyatları azaldacağını və qiymətləri yüksəldəcəyini gözləyirik".
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu bir qədər azaldıb - sutkada 20 min barel, 13,23 milyon barel. Həmçinin 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcmi sutkada 80 min barel azaldılaraq 13,69 milyon barelə endirilib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ