İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən Ukraynaya 20 milyardlıq YARDIM

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, rəsmi Kiyev 2025-ci ilin yanvarında Donald Trampın andiçmə mərasiminə qədər ABŞ-dən növbəti yardım paketi alacaq.

Yardımın hərbi hissəsinə yüz minlərlə əlavə artilleriya mərmisi, minlərlə raket və yüzlərlə zirehli texnika daxildir. Bundan əlavə, Birləşmiş Ştatlar Ukraynadan kənarda yerləşən obyektlərdə hərbçilərə təlim keçməyi vəd edir.

Qəzet həmçinin Kiyevə 20 milyardın kredit şəklində ayrılması ilə bağlı razılığın əldə olunduğundan yazıb. Həmin məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin olunacaq.

Qeyd edək ki, CNN telekanalı Yermakın Vaşinqtonda həm də ABŞ-nin yeni seçilmiş vitse-prezidenti Cey Di Vens və Trampın gələcək müşaviri Mayk Uolts ilə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüşdüyü informasiyasını yayıb. CNN-in xəbərinə görə, Vens və Uolts bir saatlıq görüşün əksəriyyətində “dinləmə rejimində” olublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR