İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən Rusiya və Ukrayna üçün yeni sülh sazişi

ABŞ tərəfi BMT Baş Assambleyasına “Rusiya-Ukrayna münaqişəsi”nin qurbanlarına rəğbətini ifadə edən və hərbi əməliyyatların tezliklə dayandırılmasına, Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olmasına çağıran qətnamənin mətnini təklif edib.

Musavat.com “Röyter”in agentliyinə istinadla xəbər verir ki, Rusiya tərəfi düzəliş təqdim edərək, sözügedən redaksiyaya “Münaqişənin tez bir zamanda, o cümlədən onun əsas səbəblərini aradan qaldıraraq, Ukrayna ilə Rusiya arasında davamlı sülhün bərqərar olunmasına çağırır” sözlərini əlavə etməyi təklif edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Amerika layihəsini “yaxşı addım” adlandırıb. O, qeyd edib ki, Rusiya düzəlişi qəbul olunarsa, Moskva səsvermədə bu sənədi dəstəkləyəcək.

Bundan əvvəl, fevralın 20-də xəbər verilmişdi ki, Birləşmiş Ştatlar Aİ və Ukrayna tərəfindən hazırlanmış, Ukraynanın ərazi bütövlüyünü vurğulayan və Rusiyadan qoşunlarını tamamilə çıxarmağı tələb edən başqa bir qətnamə layihəsinin birgə həmmüəllifliyindən imtina edib.

Fevralın 24-də BMT Baş Assambleyası Avropa İttifaqı və Ukraynanın hazırladığı qətnaməyə baxmağı planlaşdırır. Sənəddə bu il müharibəyə son qoyulması, gərginliyin qarşısını almaq üçün diplomatik səylərin artırılması və Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsi tələb olunur. “Röyter” agentliyinin məlumatına görə, bu mətni Baş Assambleyanın əvvəlki qətnamələri ilə müqayisədə daha yumşaq səslənir.

Agentlik vurğulayır ki, BMT Baş Assambleyasının qətnamələri hüquqi qüvvəyə malik olmasa da, ciddi siyasi çəkiyə malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR