İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də kütləvi ixtisarlar - Tramp 200 min nəfəri işsiz qoyacaq

Donald Tramp və İlon Mask ABŞ hökumətində genişmiqyaslı kadr təmizləmələrinə başlayıblar.

Musavat.com xəbər verir ki, “Röyter”in məlumatına görə, artıq minlərlə departament əməkdaşı işdən çıxarılıb və ümumilikdə 200 minə qədər dövlət işçisi ixtisara düşə bilər.

Xüsusilə, veteranların işləri üzrə ixtisaslaşmış departamentin artıq mindən çox əməkdaşı işdən çıxarıılb. Meşə təsərrüfatından çalışan işçilərin 3400 nəfər azaldılması planlaşdırır. Kadr islahatları ilk dəfə olaraq vergi xidmətlərinə də təsir edib.

Bundan əlavə, Amerikanın bütün dünyadakı səfirliklərinə işçilərin ixtisarına hazırlaşmaq əmri verilib. “The New York Times” yazır ki, Tramp administrasiyası bütövlükdə dövlət idarəetmə sistemində islahatlar çərçivəsində 200 minə qədər dövlət sektoru əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR