İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də F-35 qırıcısı qəzaya uğrayıb

ABŞ-nin Alyaska ştatındakı Eylson aviabazasında beşinci nəsil F-35 qırıcısı qəzaya uğrayıb, pilot xəsarət almayıb.

“Report” xəbər verir ki, bu barədə “Anchorage Daily News” məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla günorta saatlarında baş verib. Hərbi təyyarənin qəzaya uğraması uçuş-enmə zolağında baş verib. Pilot tibbi müayinə üçün xəstəxanaya aparılıb.

Qəzetin yazdığına görə, F-35-in təxmini dəyəri təxminən 81 milyon dollardır. Baza komandanlığı belə hadisənin təkrarlanma şansını minimuma endirmək üçün hərtərəfli araşdırma aparacağına söz verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR