İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Zelenskiyə ağır cavab: Siz bizim üçün İsrail deyilsiniz!


ABŞ İsraili İranın ballistik raketlərindən qorumaq üçün qabaqcıl hava hücumundan müdafiə sistemi və onlarla hərbçi yerləşdirib. Buna müqabil hər gün Rusiyanın pilotsuz təyyarələri, raket və bomba hücumları ilə üzləşsə də, Ukraynaya eyni səviyyədə hərbi dəstək yoxdur.

Musavat.com xəbər verir ki, bununla bağlı www.politico.eu saytı Ukrayna hava hücumundan müdafiə sisteminin zabitlərinin maraqlı mövqeyini dərc edib.

 Onlar bildiriblər ki, ABŞ İsraili qorumaq üçün bölgəyə yaxın olan hərbi gəmilərdəki sistemlərdən də istifadə edə bilər.

Quruda yerləşdirilən hava hücumundan müdafiə sistemlərinə Ukraynada daha çox ehtiyac var: “Müttəfiqlər qərb sərhədində hava hücumundan müdafiə sistemləri yerləşdirməli və yalnız yaxın ərazini müdafiə etməlidir”.

 Kiyevdə buna ikili standartlar deyirlər. Hələ keçən ay Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərin Yaxın Şərq səmasında raketləri vurmaq üçün birlikdə çalışmalarının öz ölkəsinə qarşı görmədiyini, niyə Ukrayna ilə bağlı hələ də analoji qərarın olmadığını açıq şəkildə bəyan etmişdi...

ABŞ və Böyük Britaniyanın hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələri İsraili hədəf alan yüzlərlə raketinin vurulmasına kömək edib və Ukrayna Xarici İşlər Nazirliyi müttəfiqlərini eyni qətiyyətlə Ukrayna hava məkanını müdafiə etməyə çağırıb.

Amerika nəşri qeyd edir ki, ABŞ-ın İsraildə cəsarətli, Ukraynada isə ehtiyatlı davranmasının səbəbi aydındır: Rusiyanın nüvə silahı var, İranın isə yoxdur.

"Ukraynalıların eşitmək istəmədiyi, lakin təəssüf ki, doğru olan çətin cavab odur ki, biz Tehranla nüvə müharibəsinə gətirib çıxara biləcək birbaşa müharibəyə səbəb olmadan İsrail üzərindən İran raketlərini vurmaq riskini öz üzərimizə götürə bilərik".

Bu barədə jurnalistlərə ABŞ Senatının Ukrayna siyasəti ilə məşğul olan rəsmisi bildirib. Onun sözlərinə görə, Ukraynaya da oxşar yanaşma tətbiq edilsəydi, “daha çox risk” olardı.
Adının açıqlanmasını istəməyən Bayden administrasiyasının rəsmiləri də eyni fikri bildiriblər. Rusiya raketlərini vurmaq üçün ABŞ qoşunlarının Ukraynaya göndərilməsi Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük müharibənin fonunda dünyanın iki aparıcı nüvə dövləti arasında birbaşa hərbi toqquşmaya səbəb ola bilər.

 

Nəsimi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR