İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan gələn xəbər nefti ucuzlaşdırdı

Ötən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları 7,3 milyon barel artaraq aprelin 26-na 460,9 milyon barel təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Məlumatdan aydın olur ki, ehtiyatların bu həcmi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 3 faiz aşağıdır.

Xəbər açıqlanandan sonra ICE birjasında Brent markalı neftin iyul fyuçersləri 0,93 faiz dəyərsizləşərək 88,17 dollar, WTI markalı neftin iyun fyuçerslərinin dəyəri isə 0,41 faiz azalaraq 80,76 dollar təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR