İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Çin nəhənginə növbəti zərbə: Ona məhsul satılmayacaq

Co Bayden administrasiyası Intel və Qualcomm şirkətlərinə Çinin texnologiya nəhəngi Huawei-yə yarımkeçiricilər satışı üçün verilən icazəni ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

ABŞ Ticarət Nazirliyindən Financial Times-a Huawei üçün müəyyən ixrac lisenziyalarının ləğv olunduğu təsdiqlənib, lakin hansı ABŞ şirkətindən söhbət getdiyi açıqlanmayıb.

“Biz daima dəyişən təhdid mühiti və texnoloji mənzərəni nəzərə alaraq nəzarət vasitələrimizin milli təhlükəsizliyimizi və xarici siyasət maraqlarımızı necə ən yaxşı şəkildə qoruya biləcəyini daim qiymətləndiririk”, - deyə nazirlik sözçüsü bildirib.

Vəziyyətlə tanış olan şəxs bildirib ki, Ticarət Nazirliyi yeni məhdudiyyətlərdən təsirlənə biləcək şirkətləri xəbərdar edib, lakin qərarla bağlı təfərrüatlar açıqlamayıb.

Qeyd edək ki, ABŞ artıq Amerika texnologiyalarının Huawei-yə satışına kifayət qədər sərt məhdudiyyətlər qoyub, lakin respublikaçılar prezident Co Baydeni Çin şirkətinə qarşı daha ciddi tədbirlər görməyə çağırıblar.

Bəzi milli təhlükəsizlik ekspertləri hesab edirlər ki, şirkətin məhsulları Pekin tərəfindən bütün dünyada kibercasusluq etmək üçün istifadə olunur. Lakin Huawei özü bu ittihamları rədd edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR