İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Bakıya qarşı açıq gediş: Babayan Konqresdə - Kamran Həsənli ilə Sevinc Telmanqızı gündəmi müzakirə edir

Xankəndidəki separatçıların qondarma “xarici işlər naziri” David Babayan Vaşinqtondadır: 25 sentyabra qədər ABŞ-da qalacaq separatçı bu gün Konqresdə erməni qrupuna daxil olan konqresmenlərin iştirakı “arsaxın müstəqilliyinə” həsr olunmuş tədbirdə çıxış edəcək;

Babayanın səfəri məlum idi, lakin Pelosinin dünən İrəvanda Azərbaycana qarşı səsləndirdiyi ittihamlar fonunda bu gün separatçının Konqres binasına “rəsmi şəxs” kimi daxil olması Vaşinqtonun Bakıya qarşı açıq kartla oynadığı göstərir. Və okeanın o tayından Qarabağdakı separatizmə dəstək daha da intensivləşəcək. Yeganə yol separatçı-terrorçu rejimin ləğv edilməsidir. Ki, Ermənistanın ABŞ-a qucaq açması bu imkanı yetişdirir.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da Kamranla 1 verilişində aparıcı Kamran Həsənli ilə aparıcı Sevinc Telmanqızı müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR