İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Avropaya təklif: Vergiləri azaldın...

Birləşmiş Ştatlar Avropa tənzimləyicilərini dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər üçün vergiləri azaltmağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin qlobal iqtisadi məsələlərə nəzarət edən müavini Dalip Sinqə istinadən məlumat yayıb.

Onun nəşrə verdiyi məlumata görə, belə olarsa, yenidən investisiya edilən aktivlərdən Ukrayna üçün 50 milyard dollar çox vəsait əldə etmək olar:

“Aktivlərin hara yatırıldığı, eyni zamanda onların hansı səviyyədə vergiyə cəlb olunduğu da önəmlidir”.

Dalip Sinq əlavə edib ki, borcalanlar vəsaitlərinin geri qaytarılacağına dair təminat almalıdırlar ki, bu da gəlirin müəyyən faizini bu məqsədlə saxlamaqla əldə edilə bilər.

Aİ, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi Avropada, o cümlədən Belçikadakı “Euroclear” beynəlxalq platformasındadır. Avropa Komissiyası daha əvvəl bloklanmış Rusiya aktivlərindən əldə olunan gəlirlərin Kiyevə yardım göstərmək üçün istifadə edilməsi təklifini təsdiqləyib. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrellin dediyi kimi, bu təşəbbüs Ukrayna üçün mərmilərin alınması məqsədilə aktivlərin investisiyasından əldə olunan gəlirlərin 90 faizinin, Ukrayna ordusuna sonrakı dəstək üçün isə 10 faizinin Aİ büdcəsinə köçürülməsini nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR